Qazax Rayon Polis Şöbəsinə Bakı-Qırmızı Körpü avtomagistralının Qazax rayon Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı məlum olub, "Mersedes" markalı yük avtomobilinin hava yastığını təmir edən Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Rasim İsmayılov hava yastığının partlaması nəticəsində təkərlə yük yerinin arasında qalması nəticəsində ölüb.
Faktla bağlı Rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
- “Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə
- Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır
- 28 dəqiqədə milyonlar qazandılar - Fotolar
- Yasamalın bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
- Emin: "Sea Brezze"də Devis Kuboku oyunları keçiriləcək
- “Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları
- Sabah bu ərazilərdə qaz kəsiləcək