Arzu Rəhimovun təqaüdə getməsi ilə bağlı məlumat yoxdur. O, general-polkovnikdir, 58 yaşı var və qanunvericiliyə görə, onun pensiyaya çıxmağı tezdir. Düşünmürəm ki, Arzu Rəhimovun təcrübəsindən istifadə olunmayacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun ötən gün vəzifədən azad edilməsi haqda deyib.
Ü.Cəfərov bildirib ki, Arzu Rəhimovun ciddi bir nöqsana yol verdiyi haqda informasiya mövcud deyil:
“Neqativ hallar bütün idarələrdə olur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də böyük qurumdur, hər rayonda yerli strukturları var və nöqsanlar, korrupsiya halları da olub, bu barədə Baş Prokurorluq da tədbirlər görüb. Ancaq bunun bütövlükdə Xidmətin işinə təsir etdiyini sanmıram”.
Hərbi ekspert A.Rəhimov haqda təxminən 10 il öncə sürücüsü ilə bağlı məsələ olduğunu xatırladıb:
“Bu da məhkəmə müstəvisində araşdırıldı və məsələyə nöqtə qoyuldu. Ədalət naminə demək lazımdır ki, onda A.Rəhimovun məsələ ilə bağlılığı haqda hansısa fakt və ya sübut ortaya çıxmadı. Əgər bu hadisədən illər sonra - 2021-ci ildə ölkə rəhbərliyi tərəfindən general-polkovnik, müavinləri isə general-leytenant rütbəsi alıbsa, demək, Xidmətlə bağlı hər hansı problem olmayıb”.
Ekspert ehtimalını da irəli sürüb:
“Mənim təxminlərimə görə, Arzu Rəhimovun yeni vəzifəyə təyinatı ilə bağlı yaxın vaxtlarda xəbər eşidə bilərik”.
- Dənizdə iki nəfər xilas edildi
- “Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə
- Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır
- 28 dəqiqədə milyonlar qazandılar - Fotolar
- Yasamalın bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
- Emin: "Sea Brezze"də Devis Kuboku oyunları keçiriləcək
- “Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları