Orucluqdan sonra şadlıq evlərində menyunun bahalaşacağı bildirilir.
Artıq bir neçə gündən sonra toylar başlayır. Yeni qiymətlər olacaq.
Bəs məşhur müğənnilər necə, toy qiymətinə yenidən baxacaqlarmı?Məsələ ilə bağlı Globalinfo.az ifaçılar arasında sorğu keçirib.Xalq artisti Bilal Əliyev deyib ki, ölkədə yalnız şadlıq saraylarında deyil, ümumiyyətlə hər yerdə qiymət artımı müşahidə olunur:
"Hələ şadlıq evlərindəki qiymət artımı ilə bağlı heç bir məlumatım yoxdur. Belə düşünürəm ki, əgər menyu bahalaşsa, biz də şadlıq evinin rəhbərləri ilə danışıqlarımız zamanı xahiş edəcəyik ki, bizim də qonorarımızı bir balaca artırsın. Əvvəl çox qazanıb az işləyirdiksə, indi çalışacağıq ki, çox işləyib, çox qazana bilək”.
Əməkdar artist Nigar Şabanova da məbləği artırmayacağını bildirib:
"Camaatın evini yıxa bilmərəm. Allahından şadlıq sarayları qiyməti o qədər qaldırıb ki, müğənniyə qonorarı artırmağa yer qalmır. Toy sahibi bilmir qızıl, paltar, cehiz və ya ev alsın, balasına normal toy edib xonça tuta bilsin yoxsa, toydan qalan pulu şadlıq evinə verib getsin. Camaatın nəfəsini kəsmək olmaz. Qiyməti artırmağı düşünmürəm”.
Manaf Ağayev də bahalıq mövzusunda fikirlərini Globalinfo.az-la bölüşüb:
"Qiymət artırmaq bizə aid deyil. Yaxşı adamın toyuna təmənnasız gedirik, dostumuzdan pul almırıq, imkanı olmayanlara kömək edirik. Ona görə də, məndə standart qiymət olmur. Həm də baxır toyu mənimlə kimin danışmağına. Kasıb birinə necə böyük məbləğ deyə bilərəm?!”
Xalq artisti Eyyub Yaqubov da bahalı müğənnilərdəndir. Amma o, bu mövzuda danışarkən bunları deyib:
"Xeyr, qonorarı artırmaq fikrimiz yoxdur. Standart olaraq qalacaq”.
Müğənni Vasif Məhərrəmli də qiymətə yenidən baxmayacağını deyib:
"Mənim heç bir qiymət artımından xəbərim yoxdur. Aldığım məbləğ stabil olaraq qalır”.
Toy biznesində özünəməxsus yeri olan müğənni Mətanət Əsədova:
"Düzü bu işlərə mən baxmıram. Mənim işlərimi həll edən adamlar var. Hələ baxacağıq”.
- Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?
- Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib... - Şok müsahibə
- Sülh imzalanıb, indi cəmiyyətlər barışmalıdır - Mirzoyan
- Keçmiş məcburi köçkünlərə edilən bu güzəştlər ləğv olunsun
- Kreml Zəngəzurla bağlı Paşinyana mesaj göndərdi
- "Səhər" Bakını ittiham etdi: Uşaq qatillərinə xidmət edir...
- Azərbaycanda işsizlər bunlar məhrum edilir - Etiraz
- Bakı Yaxın Şərqin yeni əsas oyunçusudur - ABŞ KİV