İkinci Dünya müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən batırılan Yaponiyanın “Montevideo Maru” gəmisi bu gün tapılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese Tvitter hesabında yazıb.
O bildirib ki, gəminin göyərtəsində mindən çox şəxsin qalıqları aşkar edilib:
“Nəhayət, “Montevideo Maru”da həlak olanların yeri aşkarlandı. Göyərtədəki 1060 əsir arasında 850 avstraliyalı əsgər də vardı. Onların həyatı yarım qaldı”.
Qeyd edək ki, “Montevideo Maru” gəmisi 1942-ci il iyulun 1-də ABŞ sualtı qayığı tərəfindən batırılıb.
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı
- İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
- Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov
- 40 tanker Hörmüz boğazından keçdi
- Sülhün qarşısında yeganə maneə odur - Sibiqa
- Rus ordusu bu şəhəri işğal etdi
- İranın mövqeyi bununla dəyişməyəcək - Vitse-prezident
- Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi