Sülh sazişinin olmamasından ən çox Ermənistanın özü əziyyət çəkir, çünki onun Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır, həmçinin Sovet dövründə mövcud olan ticarət yolları dağılıb.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Eureporter”ə müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina daxil olmaqla, beynəlxalq hüquq prinsipləri əsasında sülh sazişi bağlamağa çalışır.
Onun sözlərinə görə, 2020-ci ildə Ermənistanla İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Azərbaycanın həyata keçirdiyi işlərdə Avropa İttifaqının mümkün iştirakı rəsmi Bakı üçün vacibdir: “Ermənistanın işğalı zamanı 10 min kvadrat kilometr ərazi tamamilə dağıdılıb”.
E.Əmirbəyov xatırladıb ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh müqaviləsi imzalamağa çağırdığını desə də, ötən ilin sentyabrında o, Azərbaycanın sərhədlərini tanıdığını inkar etmişdi: “Paşinyanın ciddi olub-olmadığına əmin deyilik, çünki bəyanatları ilə onun və ətrafının həyata keçirdiyi konkret hərəkətlər arasında uyğunsuzluq var”.
- Bakıda “zombi şousu”: uşaqlar üçün təhlükəli ola bilər
- İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Belçika möhtəşəm geridönüşlə 1/8 finalda - Yenilənib
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto
- “Üfüqdən o yana baxış...” - Video