Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol” bundan sonra Azərbaycandan aldığı sifarişləri birbaşa istifadəçilərin yaşadığı ünvana çatdıracaq.
Bəs, bu addım Azərbaycanda fəaliyyət göstərən karqo şirkətlərinin işinə necə təsir edəcək? Yerli bazarda insanların alıcılıq səviyyəsində azalma müşahidə olunacaqmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, yeni model kiçik karqo şirkətlərinin sıxışdırılıb bazarda çıxarılmasına səbəb olacaq: “Daşıma xərclərinə görə qiymətlərin artma ehtimalı var. Lakin böyük şirkətlər ilkin mərhələdə müştəri cəlb etmək üçün daşıma xərclərini xeyli aşağı salacaq. Belə olduqda orta və kiçik karqo şirkətləri bu rəqabətə dözə bilməyəcək. Məcbur olub bazardan çəkiləcək, bağlanacaqlar”.
Ekspertin sözlərinə görə, kiçik şirkətlərin sıradan çıxarılmasından sonra daxili bazarda inhisar yaranacaq:
“İqtisadiyyat elminin keçdiyi yolda görünən əsas mənzərə də budur ki, rəqabət olmayan yerdə qiymət qalxır, keyfiyyət aşağı düşür. Həmişə belə olub. Bunun əksini sübut edən heç bir nəzəriyyə yoxdur. Ona görə də bir müddət sonra daşınma xərclərində artım müşahidə olunacaq. Bu da sifariş olunan məhsulların ölkəyə çatdırılmasını bahalaşdıracaq”.
N.Cəfərli sonda bildirib ki, bu artım məhsulların qiymətində müşahidə edilməyəcək:
“Məhsulun qiyməti artmayacaq. Çünki onlar beynəlxalq platformalardan alınır. Azərbaycan üçün ayrıca qiymət qoymaq mümkün deyil”.
- Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...
- Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...
- Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından keçdi
- Overçukdan Zəngəzur açıqlaması: Moskva hesab edir ki...
- Rusiya XİN-dən Bakıya cavab: Zaxarova elə söz deməyib!
- Rusiya türk dünyasından asılı vəziyyətə düşür: 50 milyard...
- Putin müharibəni dayandırsa, ağır sualla üzləşəcək - Ekspert
- İran Zəngəzurda strateji məğlubiyyətə uğradı – Hill