Azərbaycanda pensiyalar yenidən artırıla bilər. Buna səbəb "Sosial Sığorta haqqında" qanuna edilən dəyişiklikdir.
BUTA.TV xəbər verir ki, yenilik nəticəsində Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri investisiyalara yönləndiriləcək.
Yəni fondun gəlirləri xərclərindən çox olarsa, əldə qalan sərbəst kapital əlavə gəlir mənbəyinə çevriləcək. Bu həm pensiayalar, həm də pensiya kapitalının artımına şərait yaradır.
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev itv-yə bildirib ki, bu əməliyyatların qanunauyğunluğuna, şəffaflığına, gəlirliliyinə, maliyyə və əməliyyat risklərinə nəzarət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İnvestisiya Şurası formalaşdırılır: "Hansı istiqamətlərə investisiya yönləndiriləcək, hansı hədəflər müəyyənləşdiriləcək, maliyyə və əməliyyat risklərinin nədən ibarət olacağı ilə bağlı İnvestisiya Şurası hər il bir dəfə investisiya sənədini təsdiqləyəcək".
Yeniliklərdən əlavə əhalini sevindirəcək təkliflər də mövcuddur. Əhalinin istəyini nəzərə alaraq pensiya kapitalının fərqli istiqamətlərdə istifadəsi nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bildirib ki, səhiyyə xidmətini almaq, kommunal xidməti ödəmək, kredit öhdəlikləri olan vətəndaşların borcunu ödmək üçün pensiya kapitalının bir hissəsinin bu isitqamətə yönləndirilməsi məqsədəuyğun olardı".
Ətraflı videoda:
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi