Lavrov: Biz bilirik ABŞ İrəvana nə təklif edib!

16:38 - 17 May 2023 - GÜNDƏM

 Lavrov: Biz bilirik ABŞ İrəvana nə təklif edib!

ABŞ Ermənistana Rusiya bazası və sərhədçilərinin yerləşdirilməsindən imtina etməyi tövsiyə edir. Bunun müqabilində isə İrəvanın təhlükəsizliyini təmin edəcəyini vəd edir.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bizdə belə məlumatlar var. Onlar (ABŞ və onun müttəfiqləri – red.) deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhədçiləri və hərbi bazanı çıxarın, amerikalılar təhlükəsizliyin təmin olunmasına kömək edəcək. Açıq təxribatdır. Bu, diplomatiya deyil. Artıq diplomatiya yoxdur. Birbaşa rüşvət var”, - o bildirib.

Lavrov xatırladıb ki, ABŞ tez-tez müttəfiqlərini tərk edir:

Bu xəbər hal-hazırda çox oxunur
İki əzəli düşmən birləşir... – Telegraf

“Biz Qərbin keçmişdə bir növ mərc etdiyi şəxslərlə necə davrandığını görürük. “Ərəb baharı”nın əvvəlində ləyaqətlə istefa verən və qaçmayan Misir Prezidenti Hüsnü Mübarəki tərk etdilər. ABŞ ölkənin iyirmi illik işğalı zamanı onlara güvənən Əfqanıstan rəhbərliyini də tərk etdi”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol