Kreml sahibi Vladimir Putin tələsir. Ukrayna bataqlığı və Qərb sanksiyaları Rusiya iqtisadiyyatını çökdürməkdədir. Putin mənfi təsirləri azaltmaq üçün qısa zamanda “Şimal-Cənub” nəqliyyat dəhlizini işə salmaq istəyir. O, bu məqsədlə İran Prezidenti İbrahim Rəisi ilə videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişi imzalayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, dəmir yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və Rusiyanın Baltikyanı limanlarını İranın Fars körfəzindəki limanları ilə birləşdirəcək. Tikintidə Rusiya Dəmir Yolları iştirak edəcək:
“Vaxtilə Rəşt-Astara dəmir yolunun tikintisi üçün Azərbaycan 500 milyon dollar kredit ayırmalı idi. Ancaq ABŞ İrana sanksiyalar qəbul etdikdən sonra İrana kredit ayırmaq çətinləşdi. Daha sonra İranın Azərbaycana qarşı artan təxribatları bu ölkəyə kredit verilməsini mümkünsüz hala gətirdi. Bu halda Kreml ön plana çıxaraq Rəşt-Astara dəmir yolunun tikintisini öz üzərinə götürdü. Putinin istəyi bəllidir, sadəcə “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam gücüylə işləməsi üçün Azərbaycanla İran arasındakı münasibətlərin normallaşmasına ehtiyac var. Tehranın siyasəti hələ ki, buna imkan vermir. Bu halda “Şimal-Cənub” nəqliyyat dəhlizi necə işləyəcək?”
- Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur
- Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq
- Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı
- İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
- İki əzəli düşmən birləşir... – Telegraf
- Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq
- Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?
- İlham Əliyev Ərdoğana başsağlığı verdi