Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatında Azərbaycanın gənclərdən ibarət qrup komandası ikinci medalını qazanıb.
BUTA.TV xəbər verir ki, beş topla final yarışlarında komandamızın çıxışı 31,200 xalla qiymətləndirilib və gimnastlarımız bürünc medala sahib olublar.
Bolqarıstan komandası 32,100 xalla birinci, İsrail gimnastları 31,900 xalla ikinci pillədə yer alıblar.
Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komandamız daha əvvəl çoxnövçülük proqramında da bürünc medala yiyələnib.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top proqramında güclərini sınayacaqlar.
- Nazir qalmaqallı xanım direktoru işdən çıxardı
- Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi
- Ermənistana daha 39 vaqon buğda göndəriləcək
- Anar Nəcəfli vəzifəsindən azad edildi
- 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
- Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
- 34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı
- İrana qarşı iqtisadi müharibə elan etdi