Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ-ın keçmiş dövlət katibi və milli təhlükəsizlik müşaviri Henri Kissincerin Avropanı Rusiyadan qorumaq üçün Ukraynanı NATO-ya qəbul etmək çağırışını şərh edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında yazıb.
Medvedyev bildirib ki, vəziyyəti düzgün qiymətləndirmək üçün hipotetik təhlükə deyil, birbaşa və aşkar təhlükə haqqında düşünmək lazımdır.
Siyasətçi Ukraynanın NATO-ya üzv olacağı təqdirdə baş verənləri sadalayıb:
“1) NATO artıq ölkəmizlə hibrid müharibə aparır; 2) Ukrayna millətçi rejimi itirilmiş əraziləri geri qaytarmaq cəhdindən əl çəkməyəcək; 3) Bütün mümkün vasitələrlə buna sərt cavab verməli olacağıq; 4) Budur sizə Vaşinqton müqaviləsinin 5-ci maddəsi”.
Rusiyanın eks-prezidenti vurğulayıb ki, münaqişələr zamanı ekzistensial təhlükələrin qarşısının alınması ilə bağlı arqumentlər səmərəsizdir.
Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci maddəsində deyilir ki, alyansın bir üzvünə silahlı hücum edilərsə, bu, bütövlükdə bloka hücum deməkdir və müttəfiq ölkələr zərər çəkən tərəfə yardım göstərməyə borcludurlar.
- Bakı, Moskva və Tehran bəyanat yaydı
- Zəngəzurda müharibə üçün hərəkətə keçdilər - Akopyan
- Bakı Moskvadan hansı addımları gözləyir? - Ekspert
- Əliyevlə Paşinyanın 2 ayda 4-cü görüşü... - Ekspert
- Şad xəbər: faizsiz kreditlər veriləcək - Yeni sistem
- İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto
- İlham Əliyev Trampla görüşdü - Video
- Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...