Əhməd Davudoğlunun rəhbəri olduğu Gələcək Partiyasının 11 qurucu üzvü bu gün istefa verib.
BUTA.TV xəbər verir ki, bu barədə Gələcək Partiyasının Təsisçilər Şurasının üzvü, sədrin baş müşaviri Bayram Zilan məlumat verib.
“Biz bu partiyanı əvvəlcə ümidlərlə qurduq, lakin zaman keçdikcə çox məyus olduq. Partiyanın proqramı ilə partiya praktikası arasında ziddiyyətlər yaranmağa başladı. O, ləyaqətin gözdən salındığı, zəhmətin nəzərə alınmadığı partiyaya çevrilib. Məqsədimiz təmiz siyasət aparmaqdır. 14 may seçkiləri dərslərlə dolu nəticələr verdi. Biz immiqrasiya əleyhinə və insan ləyaqətini tapdalayanlara qarşı olacağıq. Ölkəmizə sığınan qaçqınları təhqir edən bir dilin qarşısında olacağıq. Qaçqınları faşistlər kimi yük maşınlarına doldurub deportasiya edəcəyinə söz verənlərə qarşı duracağıq. Zorakılıq, terror, qan və nifrətə qarşı olacağıq”, - Zilan bildirib.
Zilan qeyd edib ki, ikinci turda Cümhur İttifaqına dəstək verəcəklər.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video