Cəlilabad rayon sakini arıların hücumu nəticəsində ölüb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Adil Rzayev öz arılarına qulluq edən zaman, arı yeşiyinin üzərinə yıxılıb. Bu vaxt arılar ona hücum edərək sancıblar.
O, Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılsa da, dünyasını dəyişib.
Məhz yaşlı kişinin ölümünə səbəb arıların sancması ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü
- Sabah Bakının bu ərazisində qaz olmayacaq
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı
- FHN-dən çimərliklərə gedənlərə müraciət!
- Yeni Dehlidən İrəvana “Pralay” kartı - Kim hədəfdədir?