Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında böyük sülh sazişi imzalanmasa da, vacib sənədlərin imzalanması mümkündür. Azərbaycanın israrı ilə bir neçə platformada paralel aparılan danışıqlar nəticəsini vermək üzrədir.
BUTA.TV xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli 25 mayda Moskvada və 1 iyunda Kişinyovda gözlənilən üçtərəfli görüşlərlə bağlı qeyd edib.
O bildirib ki, rəsmi Bakının danışıqlar platformaları arasında rəqabət yaratması doğru taktiki addım idi və strateji nəticələr də verir:
“Hesab edirəm ki, Moskvada baş tutacaq Əliyev-Paşinyan görüşündə regionada kommunikasiyaların açılması ilə bağlı rəsmi protokol və sənəd, Moldovada (və ya bir neçə həftə sonra Brüsseldə) baş tutacaq görüşdə isə ölkələrin qarşılıqlı olaraq ərazi bütovlüyünün tanınması ilə bağlı sənəd və protokol imzalana bilər. Hər iki sənəd qarşıda imzalanacaq böyük sülh sazişinin təməlini təşkil edə bilər. Bölgəmizdə sülhün bərqərar olması Şimaldan əsrlərdir gələn təhdidlərə sədd ola bilər, hamılıqla buna çalışmalıyıq!”
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat
- Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
- Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
- Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
- Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
- 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür
- Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı