Azad Rusiya Legionu və Rusiya Könüllülər Korpusu Belqorod vilayətini azad etməkdə davam edir.
BUTA.TV xəbər verir ki, bu barədə legionun Teleqram kanalında məlumat yayılıb.
“Rusiya ordusu silaha sarılan və Rusiyanın azad gələcəyi naminə açıq şəkildə Moskva rejiminə qarşı çıxmaqdan çəkinməyən vətənpərvər könüllülər qrupuna qarşı çıxa bilmədi. Rusiya vətəndaşlarının təhlükəsiz və Rusiyanın güclü olması haqqında mif bir daha məhv edildi. Əslində hakimiyyət illərdir büdcəni talayıb, yalan danışıb və deyib ki, hər şey yaxşıdır. Rusiyanın hərbi böhranlara cavab vermək üçün heç bir ehtiyatı yoxdur. Bütün hərbçilər ölüb, yaralanıb və ya Ukraynadadır. Rusiya tamamilə qorumasızdır. Belqorod bölgəsində çaxnaşma var, qismən mütəşəkkil evakuasiya təşkil olunub, lakin əksər hallarda kortəbii qaçışlar baş verir”, - məlumatda qeyd olunub.
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü
- Sabah Bakının bu ərazisində qaz olmayacaq
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı
- FHN-dən çimərliklərə gedənlərə müraciət!