Qeyri-dost ölkələrin siyahısını tərtib edən Kreml son zamanlar əvvəlki təsir dairələrini bərpa etmək üçün kifayət qədər aktiv addımlar atıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşrində dərc olunan məqalədə bildirilib.
“Bunun ən son nümunəsi 4 ildən sonra Rusiya ilə Gürcüstan arasında viza rejiminin götürülməsi və aviasiya əlaqəsinin bərpası oldu. İki ölkə arasında birbaşa uçuşların bərpasının əleyhdarları baş verənləri Rusiyanın növbəti ekspansiyası hesab edir və qeyd edirlər ki, Rusiya tankları və raketləri Ukraynadadırsa, təyyarələri Tiflisdədir”, - nəşr bildirib.
Yazıda praktiki olaraq Ermənistanda da analoji vəziyyətin olduğu bildirilib:
“Paşinyan hökumətinin Qarabağdakı rus sülhməramlılarını açıq şəkildə tənqid etməsi, KTMT-dən narazılığı, bu qurumu tərk etmək eyhamları antirusiya aktı kimi qəbul edilir. Bundan başqa, İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasından sonra Rusiyanın Gümrüdəki 102-ci bazası, eləcə də Qarabağdakı rus sülhməramlılarınıçıxarılması ilə bağlı söhbətlər gəzir”.
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu
- Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi
- ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama
- Bağçalara müəllimlərin sənəd qəbulu başlayır
- Bakı və İrəvan arasında sülh... - Leyen
- Ukraynada öldürülən “qatil” azərbaycanlılar - Fotodakı müəmma
- Simonyanın “silahı” özünə qarşı çevrildi: Villanı döydülər - Video
- Putin məni təəccübləndirdi: Ukraynaya bu silahı verəcəm!