Gəncə şəhərində və ətraf rayonlarda güclü küləklə müşahidə olunan leysan fəsadlar törədib.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, axşam saatlarında hava şəraiti dəyişərək güclü külək və intensiv yağışlar yağmağa başlayıb.
Eyni zamanda dağlıq ərazilərə dolu düşüb, eləcə də külək və leysan təsərrüfatda fəsadlar törədib və meyvə ağaclarına zərər vurub.
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində həm insanların və həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Hazırda bölgədə güclü küləklə müşahidə olunan yağışlı hava davam edir.
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü
- Sabah Bakının bu ərazisində qaz olmayacaq
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı