Sabah rayonlara leysan yağacaq, dolu düşəcək

19:40 - 23 May 2023 - GÜNDƏM

 Sabah rayonlara leysan yağacaq, dolu düşəcək

Azərbaycanın rayonlarında mayın 24-ü gündüz, 25-də əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bu xəbər hal-hazırda çox oxunur
Lavrov Kim Çen İndən üzr istədi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol