Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Nikolayeviç ADU-nun qonağı olub.
BUTA.TV xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Qeyd olunub ki, ADU-da müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir, müəllim və tələbələr bu mərkəzlərdə öz bilik və bacarıqlarını artırırlar. Bildirilib ki, universitetlər arasında əməkdaşlığın perspektivləri və inkişafı baxımından kifayət qədər əlverişli imkanlar mövcuddur. Bu imkanlar hər iki universitetin elmi və təcrübi mübadiləsi üçün yeni yollar açmış olur:
“Rusiyada fəaliyyət göstən bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrimiz mövcuddur. İnanıram ki, Şimali Qafqaz Federal Universiteti ilə də yüksək səviyyədə əməkdaşlığımız olacaq. Şimali Qafqaz Federal Universitetində Azərbaycan dili mərkəzinin fəaliyyət imkanlarını birlikdə dəyərləndirə bilərik. Bu əməkdaşlığımıza müsbət təsir göstərməklə yanaşı, əlaqələrimizin daha da yaxınlaşmasına töhfə vermiş olardı”.
Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Nikolayeviç səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd olunub ki, ADU ilə əməkdaşlıq imkanları olduqca müsbət dəyərləndirilir.
Bildirilib ki, Azərbaycanda rus dilinə olan diqqət və qayğı özünü bütün sahələrdə yüksək səviyyədə göstərir. Bu da Azərbaycanı dil qoruyucusu bir ölkə kimi xarakterizə etməyimizə əsas verir.
Görüş gələcək əməkdaşlığın yeni perspektivləri ətrafında müzakirələrlə davam edib.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Portuqaliya İspaniyaya qarşı - Yenilənir
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü