Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli sammiti keçiriləcək. Söhbət asan olmayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri məlumat yayıb.
“Mayın birinci yarısında xarici işlər nazirləri, daha sonra Azərbaycan və Ermənistan liderləri əvvəlcə Vaşinqtonda, sonra Brüsseldə danışıqlar apardıqdan sonra danışıqlar prosesinə qoşulmaq növbəsi Moskvaya çatıb. Mayın 23-də Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri Mustafayev, Qriqoryan və Overçukun rəhbərlik etdiyi üçtərəfli işçi qrupu Rusiya paytaxtında toplaşıb. Onlar regionda iqtisadi-nəqliyyat əlaqələri prosesini yerindən “tərpətmək” üçün daha bir cəhd ediblər. Sammitin nəticəsi olaraq - hər halda, Moskvada ümid edilir ki, ən azı iki sənəd qəbul edilməlidir. Görüş öncəsi koordinasiya mayın 24-də bütün gün davam edib. Biri Baş nazirin müavinləri tərəfindən hazırlanıb - nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması haqqında. Digəri - Əliyev, Paşinyan və Putinin beşinci birgə bəyanatı üç ölkənin xarici işlər nazirlikləri tərəfindən cilalanıb”, - məlumatda deyilir.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü