Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanda vətəndaşların hansı qrup ölkələri özlərinə yaxın hiss etmələri ilə bağlı rəy sorğusu keçirib.
BUTA.TV xəbər verir ki, sorğu nəticələrinə əsasən, vətəndaşların mütləq əksəriyyəti, yəni 83,6%-i türk ölkələrini özlərinə yaxın hiss etdiklərini bildirib.
Nəticələri respondentlərin yaş qrupları üzrə təhlil etdikdə Azərbaycan cəmiyyətində türk ölkələrinə yaxınlıq hissi müxtəlif nəsillər üzrə yüksək qiymətləndirilib.
Həmçinin nəticələrin gender aspektindən təhlili kişilərin və qadınların sözügedən mövqeni bərabər səviyyədə bölüşdüyünü göstərib.
Analoji nəticəni respondentlərin təhsil səviyyəsi üzrə göstəricilərə də şamil etmək olar.
İştirakçıların 12%-i islam ölkələrinə, 8,6%-i keçmiş sovet ölkələrinə yaxınlıq hiss etdiklərini qeyd ediblər.
6,5%-i bu suala cavabında “qonşu ölkələr”, 2,1%-i “Qərb ölkələri” cavab variantını qeyd edib. 1,8% heç bir ölkəni yaxın hiss etmədiyini bildirib, 1,6%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü