Türkiyə Respublikasının Qars şəhərində keçirilən “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimi başa çatıb.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Türkiyə Cumhuriyyətinin yaranmasının və Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstəriblər.
"Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimini izləmək üçün Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Qars şəhərində səfərdə olub. Səfər çərçivəsində böyük öndər Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin Qars şəhərində ucalan abidələri ziyarət edilib.
“Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində əvvəlcə ərazidə qoşunların yerləşməsi, eləcə də mərhələlər üzrə icra olunacaq fəaliyyətlər və hərbi təyinatlı müasir silah və döyüş texnikaları haqqında məlumat verilib.
Planla tanışlıqdan sonra təlimin döyüş atışlı mərhələsinə start verilib.
Təlimin ssenarisinə əsasən, xüsusi təyinatlı bölmələr şərti düşmənin terror qruplaşmasının yerləşdiyi mağaraya basqın fəaliyyətini yerinə yetiriblər.
Tankların, piyada döyüş maşınlarının, artilleriya və tankəleyhinə bölmələrin heyətləri helikopterlərin dəstəyi ilə şərti düşmən mövqelərini tam dəqiqliklə məhv ediblər.
Təlimə cəlb edilmiş snayperlər müxtəlif məsafədən praktiki atışları yerinə yetiriblər.
Böyük Öndər Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin portretinin, eləcə də hər iki qardaş ölkənin dövlət bayraqlarının açıldığı paraşüt atlayışı ilə təlimə yekun vurulub. Təlimdə fərqlənən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Sonda xatirə şəkli çəkdirilib.
“Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdirən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Araz çayı üzərindəki “Ümid” körpüsündən keçərək xidmət yerlərinə qayıdıblar.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü