Xəbər verdiyimiz kimi, Güney Azərbaycan Televiziyasının (Günaz TV) rəhbəri, tanınmış milli fəal Əhməd Obalı və oğlu Dəniz Obalı ABŞ-da, Kaliforniya ştatında dəhşətli hücuma məruz qalıb və vəhşicəsinə döyülüblər.
BUTA.TV xəbər verir ki, 6 nəfərin hücumu zamanı ata-oğul Obalının ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdiriliblər.
Əhməd Obalı ağır vəziyyətdə olmasına baxmayaraq, görüntülü açıqlama yaya bilsə də, onun oğlunun daha ağır vəziyyətdə reanimasiyada yatması səbəbindən indiyə qədər fotosu yayılmamışdı.
Əhməd Obalının qardaşı, Araz Obalının sözlərinə görə, ata-oğul Obalılar əməliyyatdan çıxıb və onların həyatı təhlükəsi artıq arxada qalıb.
Qeyd edək ki, hadisə Əhməd Obalı Azərbaycandan qayıtdıqdan bir gün sonra baş verib. Əhməd Obalı Çikaqoda yaşayır, Kaliforniyaya oğlunun universitet törəninə qatılmaq üçün gedibmiş.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü