Azercell abunəçilərinə “İstəSən” tarifi daxilində WhatsApp-da limitsiz yazışma imkanı verir
“Azercell Telekom” müştərilərə seçim azadlığı və öz tarifini yaratmaq imkanı verən “İstəSən” tarifində yenilik tətbiq edib. Abunəçilərdən daxil olan istəklərə əsasən “İstəSən” tarifinin əsas paketinə 30 ölkədaxili dəqiqə və 3GB internetdən əlavə WhatsApp-da pulsuz yazışmaq imkanı da əlavə olunub. Daha ətraflı məlumatı Azercell-in rəsmi səhifəsidə əldə etmək olar.
Xatırladaq ki, “IstəSən” tarifi abunəçilərin sərbəst dizayn edə biləcək ilk və yeganə rəqəmsal tarifdir və bura ölkədaxili dəqiqələr, ümumi internet və Instagram, Facebook, YouTube və TikTok kimi əlavə internet paketləri daxildir. Tarifin qiyməti əsas paketin üzərinə edilən əlavələrə əsasən dəyişir və artırdıqca daha sərfəli olur. Tarif dizaynına dəyişiklikləri yalnız özünəxidmət tətbiqi olan “Kabinetim”-də etmək olar.
Abunəçilərinin tələbat və maraqlarını nəzərə alan Azercell sərfəli təkliflər, geniş çeşiddə məhsul və texnoloji həllər ərsəyə gətirməyi davam edir.
- Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı
- Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq
- Bakı və Kiyev qaz təchizatını müzakirə etdi
- Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu
- Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...
- Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev
- TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv addım
- İlham Əliyev Ərdoğana zəng etdi