Məlumat verildiyi kimi, intensiv yağışlarla əlaqədar Gəncə şəhərinin bəzi əraziləri subasmaya məruz qalıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
"Hazırda Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir", - məlumatda qeyd olunub.
- Belçika darmadağınla 1/4 finalda - Yenilənib - Video
- Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?