Düşünürdüm ki, prezident danışıqlar yolu ilə qonşu ölkələrlə yaxşı münasibətlər quracaq.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın “Georgian Airways” milli aviaşirkətinin rəhbəri Tamaz Qayaşvili ölkə Prezidenti Salome Zurabişvilinin Rusiya ilə uçuşların bərpa olunmasına etiraz olaraq aviaşirkəti boykot etməsini şərh edərkən deyib.
"Onun (Salome Zurabişvili - red.) Ermənistan, Azərbaycan və ya Rusiya ilə münasibətlərdə Gürcüstana xeyir verə biləcək hər hansı bir iş gördüyünü eşitməmişəm”, - qeyd edib.
Xatırladaq ki, Zurabişvilinin boykot açıqlamasına cavab olaraq "Georgian Airways" aviaşirkəti prezidentə təyyarələrindən istifadə etmək qadağası tətbiq edib.
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb
- Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Minsk prosesinin bağlanması başa çatdırıldı
- Əli Kərimliyə neçə il cəza verilə bilər?
- Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat