Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq.
BUTA.TV xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səsləndirib.
Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə ərazi bütövlüyü məsələlərinin birdəfəlik həll olunduğunu söyləyən dövlətimizin başçısı deyib:
“Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”.
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb
- Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Minsk prosesinin bağlanması başa çatdırıldı
- Əli Kərimliyə neçə il cəza verilə bilər?
- Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat