Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə Qarabağ ermənilərinə səslənib.
BUTA.TV xəbər verir ki, dövlətimizin başçısı deyib: “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”.
Dövlətimizin başçısı onlar üçün qalan yeganə yolu da açıqlayıb. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır.
- Şaranın Azərbaycana səfəri başa çatdı
- AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?
- İsrail və Suriya Bakıda danışıqlar keçirəcək
- Suriyada yeni hakimiyyətin qurulmasından sonra... - Prezident
- Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı
- Yaxın zamanlarda Azərbaycan qazı... - Şara
- Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
- "Sputnik Azərbaycan" FTX-nin filialıdır - Mətbuat Şurası