2022-2023-cü illərdə İran məhsullarının Mərkəzi Asiya və Qafqaz ölkələrinə, eləcə də Rusiyaya ixracı əvvəlki illə müqayisədə 18 faiz artıb.
BUTA.TV xəbər verir ki, bunu İranın Ticarətin Təşviqi Təşkilatının Mərkəzi Asiya, Qafqaz və Rusiya məsələləri üzrə departamentinin baş direktoru Rəhmətulla Hurmeli deyib.
Onun sözlərinə görə, ötən il ölkənin Mərkəzi Asiya, Qafqaz və Rusiyaya ixracının dəyərini 3,2 milyard dollardan çox olub:
“Keçən il İran Rusiyaya 745 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən illə müqayisədə 30 faiz çoxdur. Rusiya, Azərbaycan, Ermənistan, Türkmənistan və Özbəkistan bu dövr ərzində İranın regiondakı ixrac bazarında ilk beşlikdədir”.
- Şaranın Azərbaycana səfəri başa çatdı
- AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?
- İsrail və Suriya Bakıda danışıqlar keçirəcək
- Suriyada yeni hakimiyyətin qurulmasından sonra... - Prezident
- Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı
- Yaxın zamanlarda Azərbaycan qazı... - Şara
- Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
- "Sputnik Azərbaycan" FTX-nin filialıdır - Mətbuat Şurası