Bizim qüvvələrimizi sınamayın, siz Qərb qüvvələri ilə pərdə arxasında birgəsiniz, biz isə əsl müsəlmanlarıq.
BUTA.TV xəbər verir ki, bu barədə Taliban lideri Əbdülhəmid Xorasani deyib.
“İslam Əmirliyinin rəhbərləri icazə versə, Tehranı fəth edəcəyik”, - Əbdülhəmid Xorasani bildirib.
Xorasani Tehranın təxribatları dayandırmayacağı halda bir neçə gün ərzində İranın paytaxtını ələ keçirəcəklərinə söz verib.
Xatırladaq ki, İranla Əfqanıstan arasında gərginlik su mübahisəsinə görə artıb. Prezident İbrahim Rəisinin Sistan və Bəlucistana səfəri zamanı Talibanı vilayətə gələn suyun məcrasını dəyişməkdə ittiham etməsi və Əfqanıstan hakimiyyətini açıq mətnlə hədələməsi isə münasibətləri daha da gərginləşdirib. Bunun ardınca isə İran XİN Taliban hökumətini tanımadığını təkrarlayıb.
Ötən gün İran-Əfqanıstan sərhədində ilk toqquşma baş verib. Sərhədçilər arasındakı toqquşmada İranın bir sərhədçisinin öldüyü, ikisinin yaralandığı bildirilir. Taliban İranın 18 sərhəd məntəqəsini məhv edib.0
İran da Əfqanıstana hava zərbəsi endirib, itkilərin olduğu bildirilir.
Bunun ardınca Xorasani İrana müharibə elan etdiklərini açıqlayıb.
Bunun ardınca Xorasani İrana müharibə elan etdiklərini açıqlayıb.
- Bu yazının qəhrəmanı sabah öləcək...
- Təsadüfən əsas heyətə düşüb DÇ-nin taleyini dəyişdi - Fotolar
- Belçika darmadağınla 1/4 finalda - Yenilənib - Video
- Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib