Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinin ikinci turunda qalib gəlməsi ölkənin Rusiya ilə münasibətləri saxlamaq üçün yeni imkanlar tapacağı anlamına gəlir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq və siyasi strateq Alyona Avqust deyib.
“Rusiya ilə münasibətlər necə inkişaf edəcək? Bizim açıq-aşkar düşmənçiliyimiz yoxdur. İndi bütün dünyanın və Rusiyanın, o cümlədən Türkiyənin düşdüyü çətin vəziyyətdə, hansısa qarşılıqlı əlaqə yollarını tapmaq, mövcud olan əlaqələri qorumaq istəyi var", - o bildirib.
Onun fikrincə, Türkiyə Rusiya ilə münasibətləri korlamayacaq, çünki ölkəyə turist axınını ruslar təşkil edir:
"Seçkilərin birinci turundan sonra vətəndaşlar Türkiyəyə getməkdən qorxmağa başlayıblar ki, bu da turistlərin sayının azalmasına səbəb olub. İndi ruslar tətilini yenidən planlaşdıra biləcəklər ki, bu da Türkiyə tərəfi üçün vacibdir".
- Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi
- Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı
- MSK Ramil Həsənə görə toplanır: Fəaliyyətinə xitam veriləcək
- Tramp Əliyevdən soruşdu, çünki tanımır... - Video
- Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?
- Bakı, Moskva və Tehran bəyanat yaydı
- Zəngəzurda müharibə üçün hərəkətə keçdilər - Akopyan
- Bakı Moskvadan hansı addımları gözləyir? - Ekspert