“Həyatımda inandığım dostlar var idi. Lazım olmayan şəkillər çəkdirmişdim. Onları silib atardım”.
BUTA.TV Olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Günaydın, Azərbaycan” proqramında deyib.
O, “Həyatından hansi ili silərdin” sualına cavabında bu sözləri işlədib. Bundan əlavə, pop ulduz aparıcı Xoşqədəm Hidayətqızının suallarını cavablandırarkən fanatı olduğu sənətçilərdən də danışıb: “Çoxdurlar. Amma Zülfiyyə Xanbabayevanın adını çəkmək istəyirəm”. Röya heç vaxt ailə qurmayacağını bildirib. İfaçı zarafatyana deyib ki, ərəb şeyxi taparsa, səhnədən uzaqlaşacaq.
“Çoxdandır borcum yoxdur. Ancaq dostlarıma borcluyam. İtirməkdən, tənha qalmaqdan çox qorxuram”, - deyə Xalq artisti sözlərinə davam edib. R.Ayxan bildirib ki, ən böyük arzusu Hüseynin ali məktəbə daxil olmasıdır.
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı