Rusiya ordusunun Ukraynadakı birləşmiş qüvvələrinin komandanı Surovikin təcili Moskvaya çağırılıb.
BUTA.TV xəbər verir ki, Surovikin bu barədə özü video-müraciətində bildirib.
“Rusiya müdafiə nazirinin tapşırığı ilə ön cəbhədən təcili gəlmişəm. Bizim əsgərlərimiz, komandirlərimiz, könüllülərimiz tapşırıqları yerinə yetirir, düşmənlə ölüm-dirim savaşı aparır, öz mövqelərini təkr etmirlər.
Mən “Vaqner”in komandirlərinə, döyüşçülərinə müraciət edirəm: Biz sizinlə çox çətin, ağır yol keçmişik. Biz sizinlə birgə döyüşmüşük, riskə getmişik, itki vermişik, bir yerdə qalib gəlmişik. Biz eyni qandanıq, biz döyüşçülərik! Mən dayanmağınız üçün çağırış edirəm. Düşmən elə onu gözləyir ki, bizdə daxili qeyri-sabitlik olsun. Ölkənin indiki ağır vaxtında düşmənin əlinə oynamaq olmaz. Nə qədər ki, gec deyil, bundan çəkinmək lazımdır, Rusiya Prezidentinin əmrlərinə tabe olmaq lazımdır. Kolonları saxlayın, geri qayıdın. Bütün problemləri yalnız sülh yolu ilə, Rusiya Federasiyasının Ali Baş Komandanının rəhbərliyi ilə həll etməliyik”.
- Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi
- Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı
- MSK Ramil Həsənə görə toplanır: Fəaliyyətinə xitam veriləcək
- Tramp Əliyevdən soruşdu, çünki tanımır... - Video
- Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?
- Bakı, Moskva və Tehran bəyanat yaydı
- Zəngəzurda müharibə üçün hərəkətə keçdilər - Akopyan
- Bakı Moskvadan hansı addımları gözləyir? - Ekspert