Bakı şəhərində atanın həyat yoldaşı və övladını təqib edərkən avtomobilin vurduğu uşaq həlak olub.
Məlumata görə, görüntülərdə vurulan uşaq Balaxanı qəsəbə sakini, 2017-ci il təvəllüdlü Nurcan Hümmət qızı İsmayılova olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəzadan əvvəl baş verən insidentlə bağlı əlavə araşdırmalar aparılır.