Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan 46 yaşlı vulkanizasiya işçisini güllələyib.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, ötən gün T.Xaçatryan əvvəlcə şəhərin mərkəzində polislərdən birinin arvadını təhqir edib, daha sonra tərəvəz satıcısını döyüb. Axşam saatlarında isə Gorus rayon sakini olan vulkanizasiya işçisini güllələyib. Güllə onun əlinə dəyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Tiqran Xaçatryan axtarışa verilib.
İnsidentin səbəbi kimi isə T.Xaçatryanın qardaşının həbsi göstərilir. Bildirilir ki, 29 iyunda Ermənistan DİN Tavuşda əməliyyat keçirib və xeyli sayda vətəndaşı saxlayıb. Saxlanılanlardan biri də Zəngəzurun keçmiş qubernatoru Surik Xaçatryanın oğludur.
- “İran istədi, biz razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
- Partlayışda ölən yeniyetmənin valideynləri də öldü
- ADY 6 ayda 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb