Polşada təşkil olunan III Avropa Oyunlarında 42 ölkənin iştirakı ilə 10 gün davam edən boks yarışlarının yekununda medal əldə edən ölkələrin siyahısı açıqlanıb.
Azərbaycan Boks Federasiyasından BUTA.TV-a bildirilib ki, Oyunlarda 7 çəkidə təmsil olunan kişilərdən ibarət yığmamız 2 medala qazanıb. Hesabına 1 gümüş və 1 bürünc mükafat yazan komandamız medal sıralamasında yarışı 7-ci pillədə başa vurub. Millimiz bu yerə İspaniya, İrlandiya və Türkiyə ilə şərikdir.
Ümumilikdə boks üzrə 18 yığma Polşada medal qazanıb. Onlardan cəmi 6 ölkənin təmsilçiləri çempionluq sevinci yaşayıblar.
Siyahıda birinci yeri Fransa yığması tutub. İkinci yerdə İtaliya, üçüncü pillədə isə Bolqarıstan və Böyük Britaniya qərarlaşıblar.
Xatırladaq ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyev (80 kq) bürünc medal qazanıb. Hər iki boksçu “Paris-2024” Yay Olimpiya Oyunlarına da lisenziya əldə edib.
- Azərbaycanda rusdilli məktəblər bağlanır
- Hətta qabırğalardan birini tapa bilmədik - VİDEO
- Yekaterinburqda bu dəfə azərbaycanlı qadına hücum etdilər - VİDEO
- Pezeşkian Azərbaycana gəlir
- Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır
- Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
- Narkotacir iddialarından sonra Şəbnəmin toydan yeni görüntüləri yayıldı
- Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi başladı