2023-cü ilin əvvəlindən rusiyalı milyarderlərin ümumi sərvəti 16,6 milyard dollar artıb. “Lukoyl” neft şirkətinin yaradıcısı Vahid Ələkbərovun kapitalı digərlərindən daha çox, 4,8 milyard dollar artaraq, 20,2 milyard dollara çatıb (1 may 2023-cü il tarixinə bu rəqəm 19,1 milyard idi).
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, dünyanın ən varlı adamlarının reytinqinə 24 rusiyalı daxildir:
“Onların ümumi sərvəti 3 iyul 2023-cü il tarixinə 289,21 milyard dollar təşkil edib. “NorNikel”in sahiblərindən biri Vladimir Potanin ən varlı rusiyalı olaraq qalır, amma onun sərvəti ilin əvvəlindən 28,9 milyard dollardan 28,5 milyard dollara qədər azalıb. İkinci yeri “Novatek”in ortağı Leonid Mixelson tutur. Onun kapitalı 1,5 milyard dollar artaraq 26,1 milyard dollara çatıb. Üçüncü yerdə NLMK-nın benefisiarı Vladimir Lisin qərarlaşıb, sərvəti 3,22 milyard dollar artaraq 23,1 milyard dollara çatıb”.
- Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu
- Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı
- Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər saxlanıldı
- Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
- İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
- Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər - VİDEO
- 67 yaşında özünə toy edən general gənclərə nümunədir
- Rövşən Pənahlı da işdən çıxarıldı