Gürcüstanda keçirilən "Batumi Open" beynəlxalq karate turnirində erməni təxribatı baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Azərbaycan Karate Do Federasiyanın məşqçisi Elmin İsayev məlumat verib.
Onun sözlərinə görə, insident "Samuray Karate" klubunun üzvü Alika Semixova ilə erməni rəqibi arasında keçirilən final görüşündə yaşanıb:
"İdmançımız əsas vaxtda Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldi. Bundan sonra bəzi ritualları yerinə yetirib tatamidən çıxmaq istədi. Bu zaman məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Alikaya yaxınlaşdı. Elə bildik ki, görüşməyə gəlir. Amma o, idmana və idmançıya yaraşmayan tərzdə davranaraq, karateçimizin üzünə zərbə vurdu. Bununla belə, idmançımız təmkinli davrandı və öz mədəniyyətini nümayiş etdirdi. Hər şey Yaponiyadan gələn Dünya Şotokan Karate Federasiyasının prezidenti Hitoşi Kasuya Senseyin gözləri önündə baş verdi".
İsayev bildirib ki, həmin vaxt erməni idmançı ümumiyyətlə yarışdan uzaqlaşdırılmalı idi: "Gümüş medal əlindən alınmalı və kürsüyə qalxmamalı idi. Təəssüf ki, gürcülər bunu etmədilər. Biz onların cəzasını qızıl medal qazanıb bayrağımızı ən yüksək zirvəyə qaldırmaqla verdik".
Qeyd edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, İran, Ermənistan, Şotlandiya, ABŞ və Özbəkistan karateçiləri mübarizə aparıblar.
- “Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli
- Bakıda qərar gözlənilir – Kremlin həssas nöqtəsi “vurulur”?
- Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət
- Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video
- Ərdoğandan Azərbaycana növbəti təşəkkür
- Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili
- Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?
- Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı