Çexiya hakimiyyəti axtarışda olan Gürcüstan vətəndaşını Ermənistana ekstradisiya edib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, cinayət hadisəsi 2016-cı ilin martında baş verib. İşin materiallarına görə, Gürcüstan vətəndaşı V.A adlı şəxs bir qrup şəxslə birgə özlərini “qanuni oğru” kimi təqdim edərək, zorakılıq tətbiq edərək RAV V. adlı vətəndaşdan 20 min dollar pul tələb ediblər. Girov olaraq isə ondan maşını alıblar. V.A. axtarışa verilib və Çexiyada olduğu aşkarlanıb.
O, hüquqi proses nəticəsində iyunun 30-da Ermənistana verilib və barəsində həbs qətimkan tədbiri seçilib.
- “Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli
- Bakıda qərar gözlənilir – Kremlin həssas nöqtəsi “vurulur”?
- Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət
- Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video
- Ərdoğandan Azərbaycana növbəti təşəkkür
- Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili
- Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?
- Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı