Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Şurası özəl şirkətə ictimai yollarda avtonom nəqliyyat vasitələrini idarə etmək üçün ilk milli lisenziyanı təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid əl-Məktum məlumat verib.
"Nazirlər Şurasının bugünkü iclasında ölkə yollarında özü idarə edən avtomobillərdən istifadə etmək üçün ilk milli lisenziyanı təsdiq etdik", - Tvitter hesabında yazıb.
BƏƏ-nin Baş naziri icazəni ixtisaslaşmış “WeRide” şirkətinin aldığını bildirib.
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı