Rusiya terror aktında Ukraynanı günahlandırmaq üçün Kursk AES-in ərazisində “qəza”ya və hətta partlayışa hazırlaşır.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı ekspert Aleksey Qolobutski deyib.
"Hamının Zaporojye AES-də baş verə biləcək partlayışı müzakirə etdiyi bir vaxtda moskvalılar öz stansiyalarından birində anlaşılmaz hazırlıqlara başlayırlar. Kursk AES-in ərazisində genişmiqyaslı işlər aparılır, çoxlu sayda texnika və insanlar hərəkət edir. Kremlin əvvəlki bəyanatlarını nəzərə alsaq, bu, planlaşdırılmış “qəza”ya və hətta partlayışa hazırlıq ola bilər. Günahkar, ənənəyə görə, Ukraynanı elan olunacaq", - ekspert bildirib.
Qolobutskinin fikrincə, rusların ideyası olduqca sadədir. Onlar qəzaya görə Ukraynanı günahlandıracaq və “cavab zərbəsi” elan edəcəklər.
- “Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli
- Bakıda qərar gözlənilir – Kremlin həssas nöqtəsi “vurulur”?
- Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət
- Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video
- Ərdoğandan Azərbaycana növbəti təşəkkür
- Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili
- Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?
- Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı