Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur.
BUTA.TV xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə bu istiqamətdə işlər aparılır.
O bildirib ki, Azərbaycanda bu xəritə ən son 1957-ci ildə olub:
"Bizim tərəfdən yeni xəritə üçün təklif verildi və işlər aparılır".
Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı