“Kontakt”da kampaniyanın “Əsl havasıdır” – 24 ayadək faizsiz şərtlər

12:24 - 7 İyul 2023 - GÜNDƏM

 “Kontakt”da kampaniyanın “Əsl havasıdır” – 24 ayadək faizsiz şərtlər

“Kontakt” mağazalar şəbəkəsində endirimlərin əsl havası gəlib çatdı.

BUTA.TV xəbər verir ki, bu gündən düz iyulun 17-dək şəbəkənin mağazalarına üz tutub vaxtınızı alış-verişə ayırın. Çünki, “Kontakt” “Əsl havasıdır” kampaniyası ilə nağd alışda 50%-dək endirimlərə, hissəli alışda isə çox sərfəli şərtlərə start verir.

Hissəli şərtlər haqda daha detallı desək indi smartfonları ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət texnikası, ev tekstili və qab-qacaqları 18, mebelləri isə ilkin ödənişsiz, 24 aylıq faizsiz və komissiyasız şərtlərlə ala bilərsiniz.

Eləcə də hamının “Şeş-qoşa”da iştirak edib “Volkswagen ID.4”-ü qazanmaq imkanı var. Nəzərinizə çatdıraq ki, builki “Şeş-qoşa” kampaniyasında artıq ilk elektromobil öz bəxtəvər sahibini tapıb.

İndi isə sözü çox uzatmadan gəlin cəlbedici təkliflərin bəzilərinə göz gəzdirək. Beləliklə:

- 64 GB yaddaşlı, Oppo A17K smartfonunu nağd alışda 370 deyil, endirimlə cəmi 299 manata;

- 40 dəqiqə fasiləsiz çalışa bilən Bosch tozsoranını 140 yox, sadəcə 79 manata;

- 20-30 kv.m təsir sahəsi olan AUX kondisionerini ayda 50 manata;

- 7 günədək işləmə müddəti olan Kieslect smart saatını isə ayda cəmi 14 manat ödəməklə ala bilərsiniz.

Odur ki, həm kampaniya təkliflərindən yararlanmaq, həm də “Şeş-qoşa” nın super prizi – Volkswagen ID.4 ELEKTROMOBİLİNİN ikinci şanslı qalibi olmaq üçün sizə ən yaxın “Kontakt” mağazasına tələsin!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol