Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində təlim-metodiki toplanış keçirilib.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, Hərbi Polis İdarəsinin tabeliyindəki hərbi hissə komandirlərinin iştirakı ilə keçirilən toplanışda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Toplanışda cari ilin birinci yarımilində hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində patrul xidmətinin təşkili, obyektlərin mühafizəsi, hərbi nəqliyyat vasitələrinin hərəkətinin istiqamətləndirilməsi, kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi və digər tapşırıqlar üzrə məruzələr dinlənilib, həmçinin növbəti tədris dövründə icra ediləcək tədbirlər barədə müzakirələr aparılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun növbəti tədris dövrü ərzində xüsusilə azad edilmiş ərazilərdə hərbi polis bölmələrinin komendant xidməti fəaliyyətinin daha keyfiyyətli təşkili və sayıqlığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.
Sonda atəş hazırlığı üzrə nümayiş məşğələsi toplanış iştirakçılarına təqdim edilib.
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat