Rusiya sülhməramlılarının Həkəri körpüsündə bayrağımızın asıldığı dirəyi aşırması Azərbaycana, suverenliyimizə və dövlət atributlarımıza qarşı hörmətsizlikdir.
Rusiyanın bu davranışı əslində çarəsizlikdən doğan əsəbdən qaynaqlanır: “Laçın” postunun qurulmasının qarşısını ala bilmədilər, son təxribatdan sonra postun ümumiyyətlə bağlanmasına qarşı da heç nə edə bilmədilər, indi Qarabağda yalnız öz əsgərlərinin təminatını həyata keçirə bilirlər.
Əllərindən bayraq dirəyini aşırmaqdan başqa heç nə gəlmir. O da istisna deyil ki, bu cür addımlarla Azərbaycanı təxribata çəkmək, sülhməramlı kontingentlə əsgərimiz arasında qarşıdurma yaratmaq və proseslərə müdaxilələr üçün bəhanələr formalaşdırmaq istəyirlər.
Görüntülərin 15 iyunda – Ermənistanın “Laçın” postunda təxribat törətdiyi gündə çəkildiyi iddia olunur, bundan sonra bayrağımızın həmin yerdə yenidən ucaldılıb-ucaldılmadığı haqda məlumat yoxdur. Lakin bunun nə vaxt baş verməsindən asılı olmayaraq, ortada görüntülər var və Moskva bu hadisəyə görə cavab verməlidir, əks təqdirdə, analoji addımları yenidən ata bilərlər.
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat