Priqojinə sui-qəsd hazırlanır – Alman nəşri

15:58 - 7 İyul 2023 - GÜNDƏM

 Priqojinə sui-qəsd hazırlanır – Alman nəşri

Rusiya təbliğatçıları “Vaqner”in təsisçisi Yevgeni Priqojinin qəribə şəkillərini təsadüfdən yaymır. Ola bilsin ki, Priqojinə sui-qəsd hazırlanır.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

“Priqojin haqqında dərc edilən kompromatlar onun öldürülməsinə hazırlıq ola bilər. Rusiya təbliğatçılarının bu şəkilləri yaymasında məqsəd nədir? İstər Rusiya, istərsə də Qərbdə əmindirlər ki, şəkilləri geniş ictimaiyyətə göstərməklə Priqojinin əsl vətənpərvər imicini məhv etməyə çalışırlar. Onu ələ salmaq, məhkəməyə cəlb etmək və ya Rusiya xüsusi təyinatlıları tərəfindən öldürülməsinə yol açmaq istəyirlər”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya televiziya və Teleqram kanallarında Priqojinin parikli və saxta saqqallı fotoları, eləcə də evinin dəbdəbəli interyerinin kadrları yayılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol