Tovuz Rayon Polis Şöbəsinə rayon sakini 1970-ci il təvəllüdlü T. Bayramovanın çox saylı bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, həyat yoldaşı Nizami Bayramov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- MM-də sənədsiz evlərlə bağlı mühüm təklif
- Bu şəxslərin vərəsələrinə müavinət veriləcək
- Temperatur 39 dərəcəyə yüksələcək
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Prezident 2 fərman imzaladı
- Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
- Doktorantura imtahanında problem... - DİM aydınlıq gətirdi
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto