Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğurunu mühakimə etmək hələ tezdir. Ukrayna hərbçiləri yerdəyişmə etdiyi zaman cəbhədə dəyişiklik yaranacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Biz lap əvvəldən demişdik ki, bu, çətin olacaq. Siz yəqin ki, eşitmişdiniz, çoxları bildirirdi ki, ruslar ciddi və möhkəmləndirilmiş müdafiə xətti hazırlayıblar. Ukraynalılar onları keçirlər”, - o bildirib.
Blinkenin sözlərinə görə, ukraynalılar Rusiyanın müharibənin əvvəlindən işğal etdikləri torpaqların yarısını azad ediblər:
“Ukraynalılar uğur üçün hər şeyə malikdirlər, çünki onlar öz torpağı, öz vətəni, öz gələcəyi, öz azadlığı üçün vuruşur. Onlar yerdəyişmə edib hərəkətə keçəndə son aylarda təlim keçmiş qüvvələr və biz də daxil olmaqla, təxminən 50 ölkənin təqdim etdiyi texnikalar əhəmiyyətli dəyişiklərə gətirib çıxaracaq”.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı