Nikol Paşinyanın “Frans Press” agentliyinə geniş müsahibəsindən bu nəticəyə gəlmək olar ki, sözdə “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deyən Ermənistanın baş naziri Azərbaycanla bu əsasda sülh sazişi imzalamağa hazır deyil, “Qarabağ ermənilərinin hüquqları” məsələsini gündəmdə saxlamağa çalışır. Belə olan halda sülh sazişinin imzalanması yubanacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
“Nikol Paşinyan müsahibəsində jurnalistin Ermənistanın Ukrayna müharibəsi fonunda Rusiya ilə Qərb arasında balansı necə saxladığıyla bağlı sualına cavab olaraq deyib ki, İrəvanın illər uzun komplimentar xarici siyasəti yanlış idi: “Ermənistan üçün bu xarici siyasət kökündən yanlış idi. Bu yanlışlığın tarixi uzundur, 30 il deyil, 100 ildən də o tərəfə gedib çıxır. Ermənistan Rusiya ilə Qərb arasında deyil, 4 qonşusu – Gürcüstan, Türkiyə, İran və Azərbaycan arasında yaşayır. Biz bu qonşular arasında təhlükəsiz həyatımızı təmin etməliyik”.
Paşinyan özü-özünün ziddinə gedir. Bir tərəfdən haqlı olaraq qonşularıyla normal münasibətlərin Ermənistanın təhlükəsiz varlığı üçün əsas olduğunu bildirir, digər tərəfdən müharibə vəziyyətində olduğu qonşusu – Azərbaycanla məsələlərin həllini gecikdirir. Paşinyan müsahibəsində ermənilərin “soyqırım” kimi qələmə verdiyi olayların da Rusiya imperiyasının əlində alət olmasıyla və bu imperiyanın dağılmasından sonra Türkiyə ilə üz-üzə qalmasıyla əlaqələndirib. Əslində Paşinyan demək istəyib ki, Osmanlı Türkiyəsində yaşayan ermənilər xəyanət edərək Rusiya imperiyasının oyununa qatılıblar və nəticədə məğlub olublar. Ermənilərin radikal kəsimi yenə də Rusiyanın oyununda iştirak etidklərindən onlar üçün nəticə fərqli olmayacaq”, - politoloq qeyd edib.
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi