Fəridə son söz üçün avqustun 3-ə kimi vaxt verilmişdi. Məhkəmənin dəqiq tarixi isə deyilməmişdi. Məhkəmə bu gün, yaxud sabah da ola bilər. Deyəsən, onlarda iki gün tətildir. Odur ki, məhkəmənin dəqiq nə vaxt olacağını demək çətindir.
Bu sözləri BUTA.TV-a İranda tutularaq “casusluq etmək niyyəti” ilə ittiham olunan Fərid Səfərlinin anası Dilarə Əsgərzadə deyib.
O bildirib ki, oğluna göstərilən psixoloji basqılardan narahatdır:
“Yanında heç kim yoxdur. Fəridin tək olması onu psixoloji cəhətdən yorur. Təbrizdəki konsulluğumuzun işçilərinin məhkəmədə iştirakının təmin olunmaması Fəridə pis təsir edir. Həm də ona deyirlər ki, ittihamla razılaş, boynuna al ki, işin yüngülləşsin. Sübutsuz, dəlilsiz bu cür psixoloji basqılara məruz qalır”.
Oğlunun günahsız olduğunu deyən ana Fəridə qarşı irəli sürülən yeni ittihamın yersiz olduğunu bildirib:
“Düzdür, “casusluq” ittihamı dəyişdirilib və “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Əslində, ciddi fərqi yoxdur. Məncə bu da o qədər yüngül bir maddə deyil. Hər bir halda əllərində heç bir sübut yoxdur. Bu da Fərid üçün mənasız bir ittihamdır. Ümid edirəm ki, Fərid sərbəst buraxılacaq. Çünki oğlumun heç bir günahı yoxdur. Necə olacağını zaman göstərər”.
Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da onunla bağlı bu ölkəyə nota verib.
- Britaniya səfiri Zəngəzurda: dəhliz planında yeni səhifə açılır?
- Pezeşkian 4 vali, deputatlar, 110 iş adamı ilə Bakıya gəlir - Tarix açıqlandı
- Moskvada Əliyev-Putin-Paşinyan görüşü olmayacaq!
- Ərdoğan Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- Bu mənzilləri satmaq mümkün olmayacaq - Seçim dəyişir
- Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir
- Azərbaycan Cənubi Qafqazda yeni status-kvo yaratdı
- Türk dövlətlərinin Kipr yanlışı: Türkiyə nə edəcək?